12 iyul 2013 11:46
"Neftçi üzərində layiqli qələbə qazandıq”
Almaniyanın “Dinamo” (Drezden) klubunun baş məşqçisi Peter Pakult Azərbaycan çempionu “Neftçi”yə qarşı keçirilmiş yoldaşlıq oyunundan danışıb. Azerisport.az xəbər verir ki, o, komandasının 2:1 hesabıyla qalib gəldiyi görüşlə bağlı bunları söyləyib:
“Bu komandamın üzvləri üçün çox yaxşı test oldu. Biz aqressiv rəqibə qarşı oynadıq. Onlar hücum futbolu sərgiləyirlər. Lakin layiqli qələbə qazandığımızı düşünürəm”.
“Bu komandamın üzvləri üçün çox yaxşı test oldu. Biz aqressiv rəqibə qarşı oynadıq. Onlar hücum futbolu sərgiləyirlər. Lakin layiqli qələbə qazandığımızı düşünürəm”.
