12 iyul 2013 11:57
Toni Doblas: Sırada Maccabidi
“Xəzər Lənkəran”ın qapıçısı Toni Doblas Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Maltanın “Sliema” klubuna qarşı keçirilmiş cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, 1:0 hesabıyla qalib gəldikləri görüşlə bağlı bunları dilə gətirib:
“Çətin oyun oldu. Biz qələbə qazanmaq istəyirdik, buna da nail olduq. Rəqibin də bir neçə qol vəziyyəti oldu. Amma şadam ki, qol buraxmadım. Artıq “Maccabi” ilə oyunlara hazırlaşacağıq”.
