12 iyul 2013 12:08
Piastın Bakıya səfər tarixi bəlli oldu
“Qarabağ”ın Avropa Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi olan Polşanın “Piast” klubunun Azərbaycana gələcəyi tarix müəyyənləşib. Azerisport.az xəbər verir ki, Polşa təmsilçisi Bakıya iyulun 16-da gəlməyi planlaşdırır.
Marçin Borşun baş məşqçisi olduğu komanda Bakıya erkən gəlməklə yerli mühitə uyğunlaşmaq, oyuna daha yaxşı hazırlaşmaq məqsədi güdür.
Qeyd edək ki, “Qarabağ” – “Piast” matçı iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab oyunu isə bir həftə sonra səfərdə baş tutacaq.
