13 iyul 2013 00:07
Bakıya səfər Piasta 80 min avroya başa gələcək
Polşanın “Piast” klubu Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”la səfər oyunu üçün Bakıya səfər marşrutunu müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, Polşa təmsilçisi Azərbaycana çarter reysi ilə gəlməyi planlaşdırır.
Polşa mətbuatı artıq “Piast”ın bu səfər üçün nə qədər xərcə düşəcəyini də yazıb. Həmkarlarımızın iddiasına görə, Bakıya səfər onlara 80 min avroya başa gəlib.
“Piast”ın prezidenti isə bu səfərlə bağlı daha bir maraqlı açıqlama verib: “Biz Bakıda beş ulduzlu otel tutacağıq ki, yerli mətbəxdən uzaq olaq”.
