13 iyul 2013 00:14
Neftçi - Skenderbeu matçına bilet satışı daha iki məkanda
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Skenderbeu” qarşılaşmasının biletlərinin satışı davam edir. Azeriport.az xəbər verir ki, azarkeşlər artıq sabahdan etibarən biletləri “28 Mall” və “Park Bulvar” ticarət mərkəzlərindən də əldə edə bilərlər.
Biletlərin qiyməti sektorlardan asılı olaraq 2-20 manat arasında dəyişir. Biletlər həmçinin “Bakcell Arena”nın kassalarında da satılır.
