12 iyul 2013 12:26
Piast Azərbaycan suyundan içmək istəmir
Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Polşanın “Piast” klubu Bakıya tam hazırlıqlı gələcək. Azerisport.az xəbər verir ki, Polşa təmsilçisi Azərbaycan paytaxtına özü ilə birgə azuqəsini də gətirəcək.
Bura futbolçular üçün lazım olan qida məhsullarından tutmuş içməli suya qədər hər şey daxildi. Polşalılar bunu ona görə edir ki, Bakıdakı yeməklərdən və sudan ehtiyatlanırlar. Bu barədə komandanın baş məşqçisi Marçin Broş açıqlama verib:
“Klublarımız artıq belə problemlərlə üzləşiblər. Ona görə də biz eyni aqibəti yaşamaq istəmirik”.
“Klublarımız artıq belə problemlərlə üzləşiblər. Ona görə də biz eyni aqibəti yaşamaq istəmirik”.
