12 iyul 2013 12:34

Vaqif Cavadov: İnter hələ heç nəyə nail olmayıb

“İnter”in hücumçusu Vaqif Cavadovun azerisport.az saytına müsahibəsi
 
- Finlandiya “Mariehamn”ı ilə cavab oyununda qələbə qazandınız. Oyunla bağlı nə deyə bilərsiz?
- Biz cavab matçına çox ciddi hazırlaşmışdıq. Bilirdik ki, çətin olacaq. Buna görə də psixoloji cəhətdən hər şeyə hazırlıqlı idik. Baçana Sxadadze penaltini qola çevirənə qədər də bir neçə qol şansını qaçırmışdıq. Amma qoldan sonra özümüzə gəldik. İnandıq ki, Finlandiyadan uğurlu nəticə ilə qayıda biləcəyik. Fikrimcə, qələbəyə layiq idik. Deməzdim ki, “Mariehamn” ev oyununda bizi nə iləsə təəccübləndirdi. Onların sona qədər mübarizə aparacağını bilirdik.
 
- “İnter”də qol vəziyyətlərini boşa vermək problemi hələ də qalır...
- Əlbəttə, daha böyük hesabla qalib gələ bilərdik. Yəqin ki, toplarda nəsə var. Onlar bizim adi oyunlarda istifadə etdiyimizdən fərqlənirlər. Amma qazon çox əla vəziyyətdə idi.
 
- “Mariehamn” qol buraxandan sonra çox fəallaşdı...
- Bizim də çoxlu qol vəziyyətlərimiz olurdu. Yaxşı ki, sonda hər şey bizim istədiyimiz kimi alındı.
 
- Komandanızı tam rahatlaşdıran ikinci qola siz imza atdınız. Yəqin ki, bundan sonra azarkeşlərin sizə münasibəti dəyişər...
- Məni fitə basanların bu hərəkətlərinə fikir vermirəm. Məni dəstəkləyən azarkeşlər də var. Futbolu komandam, azarkeşlər və özüm üçün oynayıram. Əgər kimsə məni sevmirsə, sevməsin. Onlara sadəcə uğurlar arzulaya bilərəm.
 
- Növbəti mərhələdəki rəqibiniz Norveç “Tromse”sidi. Nə gözləyək?
- Bu, çox çətin sınaq olacaq. Fikrimcə, şanslar bərabərdi. Düşünmürəm ki, cütün favoriti var. Malta “Sliema”sının “Xəzər Lənkəran”la oyunları da göstərdi ki, heç bir komandanı zəif saymaq, siyahıdan silmək olmaz.

- Bu, sizin üçün təəccüblü olmadı ki? “Tromse” evdə Sloveniya “Celje”sinə 1:2 uduzsa da, səfərdə 2 cavabsız qolla qalib gəldi...
- Mənim üçün hansı komandayla qarşılaşmağımızın fərqi yox idi. Əgər “Tromse” qazandısa, deməli buna daha çox layiqdi. Amma bir şeyi dəqiq bilirəm ki, norveçlilərin komandası “Mariehamn”dan daha güclüdü. Buna baxmayaraq, “İnter” bu komandanı da keçə bilər.
 
- Komandanızın qarşısına hansı vəzifə qoyulub?
- Minimum vəzifədən danışmaq çətindi. Çünki “Neftçi” ötən il Avroliqanın qrup mərhələsinə düşməklə bütün klublarımızın hədəflərini daha da böyütməsini labüd etdi. Biz hələ heç nə etməmişik. Meydana çıxıb öz oyunumuzu sərgiləməli, mümkün qədər irəli getməyə çalışmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.