13 iyul 2013 00:28

Klublarımızın Avroliqadakı rəqiblərini yaxından tanıyaq

Avropa Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanan “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran”ın növbəti rəqibləri artıq bəllidi. Azerisport.az sizi komandalarımızın rəqibləri ilə daha yaxından tanış edir.
 
“Qarabağ”ın rəqibi – “Piast” (Polşa)
 
“Piast” İdman Klubu 1945-ci ildə yaradılıb və ötən ayın 18-də 68 yaşını qeyd edib. Klub indiki Qərbi Ukraynanı tərk etmək məcburiyyətində qalan polyaklar tərəfindən qurulub. “Qarabağ”ın rəqibinin adı X əsrdə Polşaya rəhbərlik etmiş Piast sülaləsindən götürülüb.
 
“Piast” uzun illər aşağı liqalarda çıxış edib və ilk dəfə 2008-ci ildə Polşa çempionatının güclülər dəstəsinə – Ekstraklasaya vəsiqə qazanıb. İki mövsüm sonra yenidən 1-ci liqaya qayıdıb. “Qarabağ”ın rəqibi 2011/12 mövsümdə 1-ci liqanın qalibi olaraq tarixində ikinci dəfə Ekstraklasaya yüksəlib. Komanda gəldiyi mövsümdə uğurlu çıxış edərək 4-cü pilləni tutub və tarixində ilk dəfə Avropa Liqasına vəsiqə əldə edib.
 
4 dəfə 2-ci, 1 dəfə 1-ci liqanın qalibi olan “Piast” 2 dəfə Polşa Kubokunun finalına çıxıb. Lakin 1978-ci ildə “Zaqlebi”yə, 5 il sonra “Legiya”ya yenilərək kuboku başı üzərinə qaldıra bilməyib.
 
“Qarabağ”ın rəqibi ev oyunlarını “Piast” stdionunda keçirir. 1926-cı ildə inşa olunan arena 2010-cu ildə yenidən qurulub. Stadionun azarkeş tutumu 10037 nəfərdi.
 
Polşanın A millisinin keçmiş, aşağı yaş qrupları üzrə yığmalarının isə hazırkı və sabiq bəzi üzvləri “Piast”ın formasını geyinir. “Qarabağ”ın rəqibinin heyətində 12 legioner var. Onlar Mərakeş, İspaniya, Çexiya, Slovakiya, Latviya və Qana kimi ölkələri təmsil edir. Bu futbolçulardan bəziləri əvvəllər ölkələrində əsas və aşağı yaş qrupları üzrə yığmalarda çıxış edib. Latviyalı yarımmüdafiəçi Artis Lazdins isə indi də A millinin üzvüdü.
 
“Piast”ın baş məşqçisi Marçin Broşdu. O, futbolçu karyerası ərzində əsasən Polşanın aşağı yaş qrupları üzrə yığmalarında çıxış edib. 40 yaşlı mütəxəssis məşqçilik karyerasına 2005-ci ildə Bitom “Poloniya”sında başlayıb. Daha sonra “Koszarava”, “Podbeskidzi” və “Odra”nı çalışdıran Broş 2010-cu ildən “Piast”ın baş məşqçisi postunu tutur.
 
“İnter”in rəqibi – “Tromse” (Norveç)
 
“Tromse İdrettslaq” futbol klubu 1920-ci ildə yaradılıb və bu ilin 15 sentyabrında 93 yaşını qeyd edəcək. Şimal qütbünə 500 km məsafədə yerləşən Tromse şəhərini təmsil edən klub dünyanın şimal qütbünə ən yaxın yerləşən klublarından biridi.
 
“Tromse” 1985-ci ildən Norveçin güclülər dəstəsində – Tippeligaendə çıxış edir və yalnız 2002-ci ili aşağı dəstədə keçirib. Tarixi ərzində heç vaxt çempion olmayan komanda 1990 və 2011-cü illərdə çempionatın gümüş medallarını qazanıb. 2008 və 2010-cu illərdə çemionatın bürünc medallarına sahib çıxan “İnter”in rəqibi iki dəfə Norveç kubokunun qalibi olub – 1986, 1996. 2012-ci ildə isə komanda kubokun finalında “Hodd”a yenilib.
 
“Tromse” avrokuboklarda ən böyük uğurunu UEFA Kubokunda qazanıb. 2005/06 mövsümündə turnirin qrup mərhələsinə düşən komanda sonuncu olub. Avrokuboklarda öz meydanında “Chelsea” və “Galatasaray” kimi klubları yenməyi başaran “İnter”in rəqibi ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində Serbiya “Partizan”ına yenilib. Bu komanda sonradan qrupda “Neftçi”yə rəqib olub.
 
Ötən mövsüm Norveç Tippeligaenini 4-cü pillədə başa vuran “Tromse” Avropa Liqasına vəsiqə qazanıb. Yay-payız sistemi ilə keçirilən Novreç birinciliyi hazırda davam edir və 15 turu arxada qalıb. Bu müddətdə 5 qələbə qazanıb, 4 heç-heçə edən və 6 dəfə uduzan “İnter”in rəqibi 19 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
 
“Tromse” ev oyunlarını eyniadlı şəhərdəki “Alfheym” stadionunda keçirir. 1987-ci ildə inşa olunan arenanın azarkeş tutumu 6859 nəfərdi.
 
Norveç yığmasının iyunun 7-də açıqlanan son heyətində “Tromse”nin bir futbolçusu yer alıb. Bu 25 yaşlı müdafiəçi Ruben Kristiansendi. Komandada əvvəllər Norveçin əsas və aşağı yaş qrupları üzrə yığma komandalarında oynamış futbolçular yer alıb. “İnter”in rəqibinin heyətində 8 legioner var. Onlar İsveç, Polşa, Finlandiya, Çexiya, Uels, Seneqal və İsveçrəni təmsil edir. Bu futbolçuların əksəriyyəti əvvəllər öz ölkələrinin milli komandalarının formasını geyinib.
 
“Tromse”nin baş məşqçisi Aqnar Kristensendi. 44 yaşlı mütəxəssis bu ildən komandaya başçılıq edir.
 
“Xəzər Lənkəran”ın rəqibi – “Maccabi” (İsrail)
 
“Maccabi Hayfa Futbol Klubu” 1913-cü ildə yaradılıb və bu il 100 yaşını qeyd edir. Klub İsrailin Hayfa şəhərini təmsil edir.
 
“Xəzər Lənkəran”ın rəqibi ölkə futbolunun tarixinə düşüb. Belə ki, “Maccabi” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk klub olub. 2002-ci ildə qrup mərhələsinə vəsiqə qazanan Hayfa klubu 7 xalla üçüncü yeri tutub və mübarizəni UEFA Kubokunda davam etdirib.
 
“Maccabi” ev oyunlarını Hayfadakı “Kiryat Eliezer” stadionunda keçirir. Arena 1955-ci ildə inşa olunub, “Xəzər Lənkəran”ın iyulun 18-də oynayacağı stadionu 14002 azarkeş tutur.
 
Hayfa klubu tarixi ərzində 12 dəfə İsrail çempionatının qızıl, 7 dəfə gümüş medallarını qazanıb. Komanda sonuncu dəfə 2010/11 mövsümündə ölkə çempionu adını qazanıb. 2012/13 mövsümündə isə “Xəzər Lənkəran”ın rəqibi gümüş medallarla kifayətlənərək, Avropa Liqasına vəsiqə əldə edib.
 
“Maccabi” 5 dəfə ölkə kubokunu, 4 dəfə Toto Kubokunu, 3 dəfə də İsrail Super Kubokuna sahib çıxıb.
 
İlk dəfə 2002/03 mövsümündə Çempionlar Liqasının qrup mərhələsinə düşən “Maccabi” eyni uğuru 2009/10 mövsümündə də təkrarlayıb. 2011/12-də Avroliqanın qrupuna vəsiqə qazanan “Xəzər Lənkəran”ın rəqibi UEFA Kubokunun 1/16 finalında (2006/07), Kuboklar Kubokunun 1/4 finalında oynayıb.
 
İsrail yığmasının son açıqlanan heyətində “Maccabi”nin 6 futbolçusu yer alıb: Dekel Keynan, Elad Qabay, Hen Ezra, Şimon Abuhatzira və Avihay Yadin. Onlardan ikisi – Hen Hazra və Elad Qabay ötən ilin 7 sentyabrında Tofiq Bəhramov adına Respublika stadionu dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən və 1:1 hesabı ilə başa çatan Azərbaycan – İsrail oyunu üçün Bakıya gəlmişdi. Həmin matçda Hazra meydana çıxsa da, Qabay ehtiyatda qalmışdı.
 
Onlardan başqa “Maccabi”də İsrailin əsas və aşağı yaş qrupları üzrə yığmalarının keçmiş, həmçinin hazırkı üzvləri çıxış edir. “Xəzər Lənkəran”ın rəqibinin heyətində 5 legioner var. Dino Ndlovu CAR, Boyan Saranov Serbiya yığmasının üzvüdü. “Maccabi”nin digər legionerləri isə İspaniya (Ruben Rayos), Bosniya və Hersoqovina (Edin Kokalik) və Ukraynanı (Andrey Pilyavskyi) təmsil edir.
 
“Maccabi”nin baş məşqçisi Erik Benadodu. O, futbolçu karyerasına 1991-ci ildə “Maccabi”də başlayıb və 2011-ci ildə də futbolla məhz bu klubda başlayıb. “Xəzər Lənkəran”ın rəqibinin heyətində 14 il (1991-1994, 1996-2006 və 2010-2011) çıxış edən Benado 400 oyun keçrib və 9 qol vurub. mərkəz müdafiəçisi həmçinin İsrailin “Beytar” klubunda da top qovub.
 
İsrail yığmasında 94 oyun keçirmiş Benado 2012-ci ildə “Maccabi”nin gənclər komandasının baş məşqçisi təyin olunub. Bir müddət sonra isə o, əsas komandanın sükanı arxasına keçib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.