13 iyul 2013 00:42
Skenderbeu hücumçusunu cəzalandırdı
Albaniyanın “Skenderbeu” klubu xorvatiyalı hücumçusu Pero Peyiçi cəzalandırıb. Azerisport.az xəbər verir ki, buna səbəb onun icazəsiz olaraq Çin klubuna keçmək üçün onlarla danışıqlar aparması göstərilir.
Qeyd edək ki, ötən mövsüm “Skenderbeu”nun bombardiri olmuş Peyiçin Çin klubuna transferi alınmadığından geri qayıtmalı oldu. Lakin Albaniya klubunun rəhbərliyi onu cəzasız buraxmayıb. Belə ki, futbolçu 1000 avro məbləğində cərimə olunub.
