13 iyul 2013 01:01
Süleymanov: Fiziki hazırlığımızın yüksək səviyyədə olmaması sözünü dedi
Hərbçilər arasında 1-ci Dünya Futbol Kuboku turnirinin 1/2 final mərhələsində keçirilmiş Azərbaycan – Oman oyunundan sonra yığmamızın baş məşqçisi Nazim Süleymanov fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, komandamızın 1:2 hesablı yenilgisini belə şərh edib:
“İki gündən bir oyun keçirmək çox çətindi. Bunu uduzduğumuza görə demirəm. Həmin müddətdə bərpa prosesi keçə bilmədik. Fiziki hazırlığımızın yüksək səviyyədə olmaması da öz sözünü dedi. Bununla belə, futbolçulara təşəkkür edirəm. Məğlubiyyəti də həzm etmək lazımdı. Çalışacağıq ki, 3-cü yer uğrunda oyunda nəticə qazanaq. Oyun ərzində futbolçular sarı və qırmızı vərəqələrdən özlərini sığortalamağı bacarmalıdırlar. Heç nədən qırmızı vərəqə aldıq”. (AFFA)
