12 iyul 2013 13:06
Musayev yeni mövsümdəki yeniliklərdən danışdı
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Topaz Premyer Liqasını 2013/14 mövsümündən tətbiq olunacaq yeniliklərdən danışıb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan püşkatma mərasimi zamanı bunları qeyd edib:
“Premyer Liqanın oyunları zamanı Konfederasiyalar Kubokunda istifadə olunan “Adidas” firmasının “Cafuza” toplarından yararlanacağıq. Həlledici oyunlarda beş hakimli sistemdən istifadə olunacaq. Futbolçuların formalarında isə onların yalnız soyadları qeyd olunacaq”.
