12 iyul 2013 13:14
“İnterin Mariehamna səfərdə qalib gələcəyinə inanırdım”
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycanın Avropa Liqasındakı təmsilçilərinin çıxışından danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
“Mən komandalarımızı ikinci təsnifat mərhələsindəki rəqiblərindən zəif hesab etmirəm. Ümid edirəm ki, uğurlu çıxışlarını davam etdirəcəklər. Hələ ilk mərhələdən öncə də demişdim ki, minimum iki komandamız mərhələ keçəcək. Hətta ev oyununda heç-heçəyə razılaşan “İnter”in də səfərdə qələbə qazanacağına inanırdım”.