13 iyul 2013 01:15
Klublarımızın Avroliqadakı oyunlarının başlama vaxtları və hakimləri bəlli oldu
Azərbaycan klublarının Avropa Liqasının ikinci təsnifat mərhələsindəki oyunlarının başlama saatları müəyyənləşib. Azerisport.az xəbər verir ki, “Qarabağ” növbəti mərhələdə Polşa “Piast”ı, “İnter” Norveç “Tromse”si, “Xəzər Lənkəran” isə İsrail “Maccabi”si (Hayfa) ilə üz-üzə gələcək.
Komandalarımızın bu rəqibləri ilə oyunlarının proqramı isə aşağıdakı kimidi:
18 iyul
21:00. Qarabağ – Piast
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Baş hakim: Damir Batiniç (Xorvatiya).
22:00. Tromse – İnter
Tromse. “Alfheym” stadionu.
Baş hakim: Yuri Mojarovski (Ukrayna).
22:00. Maccabi – Xəzər Lənkəran
Hayfa. “Kiryat Eliezer” stadionu.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
25 iyul
20:30. Piast – Qarabağ
Qlivitse. “Piast” stadionu.
Baş hakim: bəlli deyil
21:00. İnter – Tromse.
Bakı. “Bayıl Arena”.
Baş hakim: bəlli deyil
21:00. Xəzər Lənkəran – Maccabi
Lənkəran. Şəhər stadionu.
Baş hakim: bəlli deyil
