12 iyul 2013 13:31

Rasim Ramaldanov: Artıq İsrail klubuna qalib gəlməyimizin vaxtıdı

“Xəzər Lənkəran”ın müdafiəçisi Rasim Ramaldanovun azerisport.az saytına müsahibəsi
 
- Malta “Sliema”sı ilə oyun barədə nə deyə bilərsiz?
- Bilirdik ki, çətin olacaq. Rəqibin də oyuna ciddi kökləndiyi hiss olunurdu. Görünür, ilk oyunun nəticəsi onları ümidləndirmişdi. Maltadakı oyunda olduğu kimi, onlar bu dəfə də müdafiə futbolu sərgilədilər. Əks-hücumlara bel bağlayırdılar.
 
- “Sliema” da qol vura bilərdi...
- Amma buna nail ola bilmədi. Biz müdafiədə yaxşı çıxış etdik və qol buraxmadıq. Özümüz isə qol vurduq, növbəti mərhələyə adladıq. Layiqli qələbə qazandıq. Biz “Sliema”dan daha güclü idik. Buna isbatlamağa borcluyduq.
 
- Son dəqiqələr komandanız üçün daha çətin keçdi...
- Mən onların xüsusi qol epizodu yaratdığını görmədim. Qapımıza iki-üç zərbə endirdilər, onları da qapıçımız tutdu. Rəqibə heç bir şans vermədən mərhələ adladıq.
 
- İstənilən halda “Xəzər Lənkəran”ın özündən qat-qat zəif komandanı inamlı şəkildə keçə bilməməsi sual doğurur. Bəs bu oyunla növbəti mərhələdəki rəqibinizi – Hayfa “Maccabi”sini necə keçəcəksiz?
- “Xəzər Lənkəran”dakı qısa vaxt ərzində onu başa düşmüşəm ki, bu komanda zəif rəqiblərlə zəif oynayır, güclülərə qarşı isə daha inamlı çıxış edir. Odu ki, “Maccabi”nin bizi darmadağınla keçəcəyini düşünənlər yanılırlar. Ümumiyyətlə, hələ kimin üstün olacağını zaman göstərəcək.
 
- Son illərdə İsrail klubları təmsilçilərimizə şans tanımırlar...
- Deməli, əlavə stimul var. Artıq bizim onlara qalib gəlmək vaxtımızdı.
 
- Bu, yeni komandanızda ikinci rəsmi oyununuz olsa da, kənardan çox inamlı görünürsüz...
- Bu oyundan sonra artıq əminliklə demək olar ki, mən artıq bu komandanın doğmalaşmış oyunçularından biriyəm. Belə dəstək altında oynamaq çox xoşdu.
 
- Siz bilirsiz ki, bu, “Xəzər Lənkəran” üçün tarixi bir qələbədi?
- Bəli. Bu, klubumuzun avrokuboklar tarixində doğma meydanda qazandığı ilk qələbədi. Ümid edirəm ki, bu, cari mövsümdə sonuncu ev qələbəmiz olmayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.