13 iyul 2013 01:26
Bakının sabiq baş məşqçisi işsiz qaldı
“Bakı”nın sabiq baş məşqçisi Aleksandr Starkov işsiz qalıb. Azerisport.az xəbər verir ki, o, Latviya yığmasının baş məşqçisi postundan istefa verib.
Bu barədə Latviya mətbuatı məlumat yayıb. İstefaya səbəb kimi isə Latviya yığmasının DÇ-2014-ün seçmə mərhələsindəki uğursuz çıxışı göstərilir.
Xatırladaq ki, Starkov 2011-12 mövsümündə Latviya yığması ilə eyni vaxtda “Bakı”ya da rəhbərlik edirdi.
