12 iyul 2013 13:55
Yığmamızın rəqibinin oyunu 20:15-də başlayacaq
DÇ-2014-ün seçmə mərhələsində millimizlə birgə F qrupunda mübarizə aparan Lüksemburq yığması avqustun 14-də Litva komandası ilə yoldaşlıq oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, bundan əlavə, Lüksemburq millisinin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya yığması ilə sentyabrın 10-da keçirəcəyi qarşılaşmanın başlama vaxtı müəyyənləşib.
“Josy Barthel” stadionunda keçiriləcək oyun yerli vaxtla saat 20:15-də başlayacaq.
