12 iyul 2013 14:59
“Deməzdim ki, İnteri keçməyə borclu idik”
Avropa Liqasının birinci təsnifat mərhələsinin dünən baş tutan "Mariehamn" (Finlandiya) - "İnter" oyununda (0:2) meydan sahiblərinin qapısına 21-ci dəqiqədə hakimin təyin etdiyi penalti mübahisə doğurub. Azerisport.az xəbər verir ki, “Mariehamn”ın mərkəz müdafiəçisi Rocer Tompson orada heç bir qayda pozuntusu olmadığını dilə gətirib:
“Artıq oyunla bağlı danışmaq çətindi. Belə rəqibə qarşı oynamaq çox ağır idi. Onlar güclü pressinq tətbiq edirdilər. Hər iki oyuna nəzər salsaq, deyə bilmərəm ki, "İnter"i keçməli idik. Bununla belə, meydanda əlimizdən gələni etdik. Penalti epizoduna gəlincə, hakim belə bir qərar verəndə gözlərimə inanmadım. Çünki mən qaydanı pozmamışdım”.