12 iyul 2013 15:16

Leroy Corc: Metallurg bizim nə vaxt səhv edəcəyimizi gözləyirdi

“Qarabağ”ın yeni transferi Leroy Corcun azerisport.az saytına müsahibəsi
 
- “Metallurg”la cavab oyunu barədə nə deyə bilərsiz?
- Bu axşam daha yaxşı çıxış edən komanda qələbə qazandı. Oyun ərzində qol vurmaq üçün xeyli şanslarımız oldu. Amma onlardan yararlana bilmədik. “Metallurg” isə hiss olunurdu ki, bizim nə vaxt səhv edəcəyimiz gözləyirdi. Əks-hücum futbolu oynamaları da bundan xəbər verirdi. Amma biz yaxşı oynadıq və rəqibə heç bir şans vermədik.
 
- Bakıdakı ilk oyununuzda 20 dəqiqə forma geydiniz və qolla yadda qaldınız...
- Mən çox şadam ki, Bakıdakı ilk oyunumda qol vura bildim. Çətin oldu. Amma azarkeşlərimizi sevindirə bildik. Ən əsası isə növbəti mərhələyə adlamağı bacardıq.
 
- Adətən “Qarabağ”ın oyunlarında stadion demək olar ki, dolu olurdu. Amma bu dəfə cəmi 7 min azarkeş vardı. Bu, sizi məyus etmədi?
- Ola bilər ki, 7 min idilər. Amma onlar 30 min fanatın səsini çıxarırdılar. Onlar bütün oyun boyu bizi dəstəklədilər.
 
- Yeni komandanız barədə bu bir aydakı təəssüratlarınız necədi?
- Daha dəqiqi üç həftədi burdayam. Amma yaxşı komandaya gəldiyimi deyərdim. Bura böyük bir ailə kimidi. “Qarabağ”ın sərgilədiyi futbol da çox xoşuma gəlir. Ona görə də burdayam. Oyunçularımız da yaxşıdı.

- “Qarabağ”ı ikinci təsnifat mərhələsində Polşa “Piast”ı gözləyir. Bu komanda haqda nəsə bilirsiz?
- Hələlik onlar haqda heç bir məlumatım yoxdu.
 
- Sizə elə gəlmir ki, Polşa klubu “Metallurg”dan daha güclü olacaq?
- Aydın məsələdi ki, hər mərhələ adladıqca daha güclü rəqiblə qarşılaşırsan. Biz əvvəlki oyunlarda buraxdığımız səhvləri təkrarlamamağa çalışmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.