12 iyul 2013 16:38
Qarabağ - Piast matçının başlama vaxtı müəyyənləşdi
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Qarabağ”la Polşanın “Piast” klubları arasındakı ilk oyunun başlama vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21.00-da başlayacaq.
Qeyd edək ki,“Qarabağ” - “Piast” matçı iyulun 18-də keçiriləcək. Cavab matçı isə bir həftə sonra səfərdə baş tutacaq.
