12 iyul 2013 22:56
Azərbaycan Omana məğlub oldu (YENİLƏNİB)
Bakıda təşkil olunmuş hərbiçilər arasında dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu gün turnirin yarımfinal mərhələsinin oyunları keçirilib.
Azərbaycan millisi finala çıxmaq üçün Omanla mübarizə aparıb. Oyunda hesabı komandamız açsa da, omanlılar əzmkarlıq nümayiş etdirərək finala çıxıblar.
Digər yarımfinal matçında isə İraqla Kot-D`ivuar üz-üzə gəlib. İraqlılar rəqibini darmadağın edərək finala çıxıb.
Hərbçilər arasında dünya çempionatı
12 iyul
Azərbaycan - Oman - 1:2
Qollar: Hüseynov, 45+2 - Əbdüləziz Əl Maqbali, 70, Haşim Əl Maluşi, 89.
Qırmızı vərəqə: H.Axundov, 79.
Azərbaycan: Aqil Məmmədov, Novruz Məmmədov, Nodar Məmmədov, Azad Kərimov, Hüseyn Axundov, Rəhman Hacıyev, Eşqin Quliyev (Elşad Manafov, 70), Elvin Məmmədov (Tofiq Mikayılov, 86), Ruslan Qurbanov, Cavid Hüseynov, Nurlan Novruzov.
İraq - Kot-D`ivuar - 3:0
