12 iyul 2013 17:37
Georgi Nikolov: Tromse tam keçiləsi rəqibdi
“İnter”in prezidenti Georgi Nikolov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Finlandiyanın “Mariehamn” klubuna qarşı keçirilmiş cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, növbəti mərhələdə qarşılaşacaqları Norveçin “Tromse” klubu barədə bunları dilə gətirib:
“Tromse” çox ciddi klubdu. Onlar bunu ilk mərhələdəki qələbəylə də sübut etdilər. Norveçlilər evdə məğlub olsalar da, toparlanmağı və cütün taleyini səfərdə həll etməyi bacardılar. Əgər səhv etmirəmsə, Norveç klubu beş ildi avrokuboklarda çıxış edir. Lakin istənilən halda bu komanda “Barcelona” deyil və tamamilə keçiləsi rəqibdi”.
