13 iyul 2013 11:36
Millimizin futbolçusu oynayır, klubu darmadağınları sıralayır
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əli Gökdəmir Almaniyanın “Hannover” klubunun heyətində növbəti matçına çıxıb. Azerisport.az xəbər verir ki, Bundesliqa klubu bu dəfə yerli “TuS Celle” komandası ilə qarşılaşıb.
Görüş Gökdəmirin komandasının 8:0 hesablı qələbəsi ilə başa çatıb.
Yığmamızın üzvü 46-cı dəqiqədə oyuna qoşulub. Həmin vaxt hesab 5:0 olub.
