14 iyul 2013 00:18
AFFA-nın baş katibi İstanbula dəvət olundu
AFFA-nın baş katibi Elxan Məmmədov Türkiyəyə yollanıb. Azerisport.az xəbər verir ki, assosiasiya rəsmisi qardaş ölkəyə Türkiyə Futbol Federasiyasının rəsmi dəvəti ilə gedib.
Məmmədov İstanbula səfər çərçivəsində qardaş ölkədə təşkil olunan 20 yaşadək futbolçular arasında təşkil olunan dünya çempionatının üçüncü yer uğrunda və final oyunlarını izləyəcək.
