13 iyul 2013 11:58
Maccabi Xəzər Lənkəran ilə oyunlar üçün start heyətini müəyyənləşdirib
İsrailin “Maccabi” (Hayfa) klubunun baş məşqçisi Arik Benado artıq Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirəcəkləri ilk oyun üçün start heyətini demək olar ki, müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, Hayfa təmsilçisi böyük ehtimalla komandamıza qarşı bu heyətlə mübarizə aparacaq:
Qapını Boyan Şaranov qoruyacaq. Müdafiə xəttində Edin Koçaliç, Taleb Tvatixa, Keynan Dekel və Elad Qabay yer alacaqlar.
Qapını Boyan Şaranov qoruyacaq. Müdafiə xəttində Edin Koçaliç, Taleb Tvatixa, Keynan Dekel və Elad Qabay yer alacaqlar.
Yarımmüdafiə və hücum xətti isə bu oyunçulardan təşkil olunacaq: Hen Ezra, Yaniv Katan, Ruben Rayos, İsmael Rian, Qustavo Bokkoli və Simon Abuhazera.
