13 iyul 2013 12:14
Qarabağın rəqibindən beş yeni transfer
Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Polşanın “Piast” klubu heyətini gücləndirməkdə davam edir. Azerisport.az xəbər verir ki, Polşa təmsilçisi bu yay artıq beş yeni futbolçu alıb.
Onlar Kamil Vlçek, Çaba Horvat, Lukaş Hanzel, Kşiştof Krol və Patrik Ditkodu. Qeyd edək ki, ilk iki oyunçu gənc futbolçular olsa da, Hanzel Slovakiya yığmasının üzvüdü. Mərkəz müdafiəçisinin son klubu “Zaglebie” olub. Krol sol cinah müdafiəçisidi. Vaxtilə Polşanın U-20 yığmasında oynamış bu futbolçunun son iş yeri Moldovanın “Tiraspol” klubu olub. Ditko isə Almaniyanın “Borussia” (Dortmund) klubunun gənclərdən ibarət komandasından gəlib.
“Qarabağ”ın rəqibi yaxın günlərdə yeni futbolçularla da güclənə bilər.
