14 iyul 2013 00:39

Maçey Juravski: Qarabağ fantastik komandadı

Futbol üzrə Polşa yığmasının və “Visla” klubunun sabiq hücumçusu Maçey Juravski müsahibəsində üç il öncə Avropa Liqasında “Qarabağ”a qarşı keçirdikləri oyunları xatırlayıb, eləcə də “Piast”ın şanslarını dəyərləndirib.
 
- “Qarabağ”la oyunlar yadınızda necə qalıb?
- “Qarabağ” çətin rəqib idi. Bu komanda çox texnikalı futbol sərgiləyir. Hətta deyərdim ki, fantastik komandadı. Yadıma gəlir ki, onlarla necə aqressiv oyunlarımız alınmışdı. Əlbəttə, bizə qarşı bu dərəcədə yaxşı bir komandanın oynaması bizi çox təəccübləndirdi. Amma onu da qeyd etmək lazımdı ki, biz özümüz də həmin oyunlarda yaxşı futbol sərgiləmədik. Məğlubiyyətimizin əsas səbəblərindən biri məhz bu idi. Azərbaycandakı havaya da xüsusi diqqət yetirmək lazımdı. “Piast”a səfərdə istiyə görə çox çətin olacaq. Həm də azərbaycanlı azarkeşlər oyundakı hər hadisəyə çox güclü reaksiya göstərilər və bu oyuna təsirsiz ötüşmür.
 
- Stadiondakı atmosfer barədə daha nələri deyə bilərsiz?
- Onların böyük stadionu var. Fanatların oturduğu yer meydançaya elə də yaxın deyil. Tribunalar böyük və yüksəkdədilər. Dediyim kimi, auditoriya oyundakı hər şeyə reaksiya göstərir. Odu ki, “Piast”ın futbolçuları hər şeyə diqqət yetirməlidilər.
 
- “Piast”a nə məsləhət görərdiniz?
- “Qarabağ” həqiqətən ciddi rəqibdi. Azacıq diqqətsizlik etsəz, konsentrasiyanı itirsəz, dərhal hesabda geri düşə bilərsiz. “Qarabağ”ın mərkəz xəttinin oyunçularını yaxşı xatırlayıram. Bu, rəqibin ən təhlükəli zonası idi. “Piast” rəqibin yarımmüdafiə xəttini zərərsizləşdirməyi bacarmalıdı. Onların yaxşı fiziki hazırlığa malik olduğunu da qeyd etməliyəm. “Qarabağ”ın oyunçularından top almaq çox çətin idi.
 
- “Piast”ın şanslarını necə qiymətləndirərdiniz?
- “Visla” ilk oyunu evdə keçirmişdi. “Piast” isə əksinə, ilk matça səfərdə çıxacaq. Bu, daha yaxşıdı. Bakıda uduzmamaq üçün hər şeyi etmək lazımdı. Belə oyunlarda sizin bircə qol şansınız ola bilər ki, ondan da yararlanmağı bacarmaq lazımdı.
 
- “Qarabağ”la oyunlara təşkilatçılıq baxımından problem olmuşdu?
- Düzünü deyim ki, mən elə bir problemlə üzləşdiyimizi xatırlamıram. Hər şey çox yüksək səviyyədə təşkil olunmuşdu.
 
- Polşa ilə Azərbaycan arasındakı üç saatlıq fərqin nə dərəcədə təsiri olur?
- Hər şey insanın özündən asılıdı. Bəzi insanlar var ki, buna görə heç bir ölkədə problemlə üzləşmirlər. Amma bəzilərinə buna uyğunlaşmaq üçün böyük vaxt lazım gəlir. Saat fərqinə görə narahat olmaq lazım deyil. Daha yaxşısı “Qarabağ”a necə qalib gəlmək haqda düşünməkdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.