13 iyul 2013 12:39
Çertoqanov Türkiyə, Belarus və Ukrayna klublarından imtina etdi
Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Aleksandr Çertoqanov gələcək iş yerini müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, son olaraq “Qəbələ”də top qovan futbolçu yeni mövsümdən “Sumqayıt”ın uğurları üçün çalışacaq.
Artıq tərəflər münasibətlərini rəsmiləşdiriblər. 33 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Çertoqanov karyerasını Türkiyə, Ukrayna və Belarus klublarında da davam etdirə bilərmiş. Lakin o, Azərbaycanda qalmağa üstünlük verib.
