14 iyul 2013 00:44
Böyükağa Hacıyev: Neftçi Skenderbeuya da açıq futbol təklif edəcək
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək Albaniya “Skenderbeu”su ilə oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz bu komandaya qarşı açıq futbol sərgiləyəcəyik. Hansı ki, bunu digər komandalarla oyunlarda da sübut etmişik. Məşqçilərimiz “Skenderbeu” barədə çox şey öyrəniblər. Özüm də onların bir neçə oyununun videoyazısına baxmışam”.