13 iyul 2013 13:07
Tromsenin baş məşqçisi: Evdə uduzub, Bakıda qələbə qazanmağın əleyhinə olmazdım
Norveçin “Tromse” klubunun baş məşqçisi Aqnar Kristensen Avropa Liqasının ikinci təsnifat mərhələsində Bakı “İnter”inə qarşı keçirəcəkləri oyunların yerinin UEFA tərəfindən dəyişdirilməsinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Əlbəttə, “İnter”lə duellərə səfərdə başlamaq daha yaxşı olardı. Amma UEFA belə qərar qəbul etdi və biz bununla barışmalıyıq. Həm də biz birinci təsnifat mərhələsində də Sloveniya “Celje”si ilə ilk oyunu evdə keçirdik. Hətta həmin görüşdə məğlub olmuşduq. Amma səfərdə toparlanmağı və qələbə qazanmağı bacardıq. İkinci təsnifat mərhələsində də eyni aqibətlə üzləşməyimizin əleyhinə olmazdım”.