14 iyul 2013 00:53
Piastın məşqçisi: Qarabağla oyunlarda sürprizə imza atmaq istəyirik
Polşanın “Piast” klubunun məşqçisi Dariuş Dudek Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyunlar barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Biz Makedoniya “Metallurg”u ilə oynamaq istərdik. Amma onlar Ağdam klubu qədər təcrübəli deyildilər. “Qarabağ” son illərdə çox diqqətçəkən inkişafa nail olub. Bizə bu komandaya yalnız hörmət etmək qalır. “Qarabağ” vaxtilə “Visla”nı iki dəfə məğlub edərək Avroliqanın pley-off mərhələsinə yüksəlmişdi. Orda isə onları Dortmund “Borussia”sı dayandırdı. Azərbaycan klubunun heyətində hətta Bundesliqada çıxış etmiş futbolçular var. “Qarabağ” avrokuboklarda 26 oyun keçirdiyi halda, biz debütə hazırlaşırıq. Əlimizdən gələni edəcəyik ki, rəqibi dayandıraq. Bu, bizdən çoxlu güc tələb edir. Amma biz sürprizə imza atmaq və azarkeşlərimizi razı salmaq istəyirik. Gücümüzü birləşdirə bilsək, nəticə qazana bilərik”.