13 iyul 2013 13:37

Klublarımızı Avroliqanın 3-cü təsnifat mərhələsində gözləyən nəhənglər

Azərbaycanın Avropa Liqasındakı təmsilçiləri – “Qarabağ”, “İnter” və “Xəzər Lənkəran” klubları ikinci təsnifat mərhələsindəki rəqibləri ilə oyunlara hazırlaşmaqdadılar. Azerisport.az xəbər verir ki, ilk mərhələdə müvafiq olaraq Makedoniyanın “Metallurg”, Finlandiyanın “Mariehamn” və Maltanın “Sliema” klublarını mübarizədən kənarlaşdıran təmsilçilərimiz indi üçüncü raunda vəsiqə qazanmaq iddiasındadılar.

Bəs görəsən Azərbaycan klubları üçüncü təsnifat mərhələsinə vəsiqə qazansalar, onları hansı aqibət gözləyir? Bir qədər də dəqiqləşdirsək, üçüncü təsnifat mərhələsinin püşkatması zamanı klublarımız hansı səbətdə yer alacaqlar, hansı klublarla qarşılaşmaq imkanı qazanacaqlar?
 
Klublarımızın hər üçü mərhələ adlaya bilsə, püşkatma zamanı onlardan biri səpələnmişlər, ikisi isə səpələnməmişlər səbətində yer alacaq. Səpələnmişlər səbətində yer almaq imkanı “Xəzər Lənkəran”a məxsusdu. Məsələ burasındadı ki, cənub təmsilçisinin ikinci təsnifat mərhələsindəki rəqibi olan “Maccabi” (Hayfa, İsrail) UEFA reytinqində yuxarı mövqelərdədi. Məhz bunun sayəsində komandamız bu rəqibini keçsə, o zaman üçüncü təsnifat mərhələsində daha zəif kollektivlərin yer aldığı səpələnməmişlər səbətindəki klublardan birinə rəqib olacaq.
 
“Qarabağ”la “İnter”i isə fərqli aqibət gözləyir. Bu iki klubumuzun həm özlərinin, həm də onların rəqiblərinin (müvafiq olaraq Polşa “Piast”ı və Norveç “Tromse”si) UEFA-dakı reytinq xalı üçüncü təsnifat mərhələsinin püşkatması zamanı səpələnmişlər səbətində yer almağa imkan vermir. Bu üzdən də Ağdam və Bakı klubları mərhələ keçəcəyi halda, üçüncü mərhələnin püşkatması zamanı səpələnməmişlər səbətində yer alacaqlar ki, bu da onların bəxtinə daha güclü klubların çıxmasını labüd edəcək.
 
Qeyd edək ki, “Xəzər Lənkəran”ın potensial rəqiblərindən artıq altısı məlumdu. Bunlar “Asteras” (Yunanıstan), “Randers” (Danimarka), “Motherwell” (Şotlandiya), “Kasımpaşa” (Türkiyə), “Jablonec” (Çexiya), “Hapoel”di (Ramat Qan, İsrail). Komandamızın digər rəqibləri isə ikinci təsnifat mərhələsində mübarizə aparan aşağıdakı cütlüklərin qalibləri olacaqlar:

Kukesi (Albaniya) – Sarajevo (Bosniya)
Thun (İsveçrə) – Chikhura (Gürcüstan)
Xanthi (Yunanıstan) – Linfield (Şimali İrlandiya)
Hodd (Norveç) – Aktobe (Qazaxıstan)
Ventspils (Latviya) - Jeunesse (Lüksemburq)
Skonto (Latviya) – Slovan (Çexiya)
Pandurii (Rumıniya) - Levadia (Estoniya)
Slask (Polşa) – Rudar (Monteneqro)
Malmö (İsveç) – Hibernian (Şotlandiya)
Petrolul (Rumıniya) – Víkingur (Farer adaları)
Rijeka (Xorvatiya) - Prestatyn Town (Uels)
Jalgiris (Litva) – Punik (Ermənistan)
Crvena Zvezda (Serbiya) – İBV (İslandiya)
Şaxtyor (Saliqorsk, Belarus) – Milsami (Moldova)
Vojvodina (Serbiya) – Honved (Macarıstan)
İnter (Azərbaycan) – Tromse (Norveç)
Göteborg (İsveç) – Trençin (Slovakiya)
Dinamo (Minsk, Belarus) – Lokomotiv (Xorvatiya)
Zrinjski (Bosniya) – Botev (Bolqarıstan)
Qarabağ (Azərbaycan) – Piast (Polşa)
Valletta (Malta) – Minsk (Belarus)
Senica (Xorvatiya) – Mladost (Monteneqro)
İrtış (Qazaxıstan) - Şiroki Brijeg (Bosniya)
 
“Qarabağ”la “İnter”in potensial rəqiblərindən isə 12-nin adı tam bəllidi. Bunlar birbaşa üçüncü təsnifat mərhələsindən mübarizəyə qoşulacaq “Stuttgart” (Almaniya), “Sevilla” (İspaniya), “Udinese” (İtaliya), “Brugge” (Belçika), “Saint-Etienne” (Fransa), “Zürich” (İsveçrə), “Swansea City” (İngiltərə), “Rapid” (Avstriya), “Metallurg” (Donetsk, Ukrayna), “Estoril” (Portuqaliya), “Vitesse” (Hollandiya) və “Kuban” (Rusiya) klublarıdı. Səpələnmişlər səbətində bu 12 klubla yanaşı ikinci təsnifat mərhələsində mübarizə aparan aşağıdakı cütlüklərin 16 qalibi də yer alacaqlar:
 
Differdange (Lüksemburq) - Utrecht (Hollandiya)
Sturm Graz (Avstriya) – Breidablik (İslandiya)
Anorthosis (Kipr) – Gefle (İsveç)
Rosenborg (Norveç) - St. Johnstone (Şotlandiya)
Trabzonspor (Türkiyə) - Derry City (İrlandiya)
Sparta (Çexiya) – Hacken (İsveç)
Dila (Gürcüstan) – Aalborg (Danimarka)
Maccabi (Hayfa, İsrail) – Xəzər Lənkəran (Azərbaycan)
Hajduk (Xorvatiya) – Turnovo (Makedoniya)
Astra (Rumıniya) – Omonia (Kipr)
Jagodina (Serbiya) – Rubin (Rusiya)
Stromsgodset (Norveç) – Debrecen (Macarıstan)
Beroe (Bolqarıstan) - Hapoel (Təl Əviv, İsrail)
Honka (Finlandiya) – Lech (Polşa)
Olimpija (Sloveniya) – Jilina (Slovakiya)
Chernomorets (Ukrayna) – Dacia (Moldova)
Reykjavik (İslandiya) – Standard (Belçika)
 
Qeyd edək ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsinin püşkatma mərasimi iyulun 19-da keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.