13 iyul 2013 14:32

Klublarımızın Avroliqadakı oyunlarının hamısının hakimləri açıqlandı

Azərbaycan klublarının Avropa Liqasının ikinci təsnifat mərhələsindəki oyunlarının tam proqramı müəyyənləşib. Azerisport.az xəbər verir ki, “Qarabağ” növbəti mərhələdə Polşa “Piast”ı, “İnter” Norveç “Tromse”si, “Xəzər Lənkəran” isə İsrail “Maccabi”si (Hayfa) ilə üz-üzə gələcək.
 
Artıq təmsilçilərimizin bu rəqibləri ilə oyunlarının keçirilmə yerləri, tarixləri, başlama saatları hətta hakimləri də bəllidi.
 
Komandalarımızın bu rəqibləri ilə oyunlarının proqramı isə aşağıdakı kimidi:
 
18 iyul
 
21:00. Qarabağ – Piast
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Baş hakim: Damir Batiniç (Xorvatiya).
 
22:00. Tromse – İnter
Tromse. “Alfheym” stadionu.
Baş hakim: Yuri Mojarovski (Ukrayna).
 
22:00. Maccabi – Xəzər Lənkəran
Hayfa. “Kiryat Eliezer” stadionu.
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
 
25 iyul
 
20:30. Piast – Qarabağ
Qlivitse. “Piast” stadionu.
Baş hakim: Stanislav Todorov (Bolqarıstan).
 
21:00. İnter – Tromse
Bakı. “Bayıl Arena”.
Baş hakim: Eli Hacmon (İsrail).
 
21:00. Xəzər Lənkəran – Maccabi
Lənkəran şəhər stadionu.
Baş hakim: Danni Makkelye (Hollandiya).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.