13 iyul 2013 14:43
Neftçi Avstriyadan qayıtdı
“Neftçi” Avstriyadakı təlim-məşq toplanışını başa vuraraq vətənə qayıdıb. Azerisport.az xəbər verir ki, “ağ-qaralar” Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Skenderbeu” klubu ilə ilk oyununa hazırlığı Bakıda davam etdirəcək.
Xatırladaq ki, “Neftçi” – “Skenderbeu” oyunu iyulun 17-də baş tutacaq. “Bakcell Arena”da keçiriləcək görüş saat 21:00-da başlayacaq.
