13 iyul 2013 15:04
Ufuk Budaq növbəti mövsümə belə hazırlaşır (FOTOREPORTAJ)
Türkiyənin “Eskişehirspor” klubu növbəti mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, təlim-məşq toplanışında Azərbaycan millisinin müdafiəçisi Ufuk Budaq da yaxından iştirak edir.
Əskişəhər klubu gündəlik iki məşqlə hazırlaşır. Ötən gün axşam məşqində klub prezidenti Mesut Hoşcan da iştirak edib. O, baş məşqçi Ertoğrul Sağlam, eləcə də futbolçularla söhbət edib, azarkeşlərin gətirdiyi tortu komanda üzvləri ilə birgə kəsib.
