13 iyul 2013 15:26
Baçana Sxadadze: Avropa Liqası ilə erkən vidalaşmaq fikrimiz yoxdu
“İnter”in hücumçusu Baçana Sxadadzenin azerisport.az saytına müsahibəsi
- “Mariehamn”la Finlandiyadakı oyunla bağlı təəssüratlarınız necədi?
- Rəqibimiz zəif komanda deyildi. Onlar sona qədər mübarizə apardılar. İlk dəqiqələr bizim üçün çətin keçdi. Amma özümüzə tez gəlməyi bacardıq və qol vəziyyətləri yaratmağa başladıq.

- Penalti olmasaydı, bu komandanı məğlub edə biləcəkdiz?
- Fikrimcə, hətta penalti olmasaydı belə biz qələbə qazanacaqdıq. Rəqib bütün 90 dəqiqə ərzində qapısını qolsuz saxlaya bilməzdi.

- Yeri gəlmişkən, rəqib komandanın üzvləri, baş məşqçisi penaltinin olmadığını iddia edir...
- Hakimin qərarını şərh etmək istəmirəm. Amma hamı gördü ki, penalti var idi.
- “İnter”in hücum xəttindəki problemlərin hələ də aradan qalxmaması fikri ilə razısız?
- Biz çox qol epizodu yaradırıq. Amma bu epizodları qola çevirmək üçün həqiqətən də daha çox çalışmağımıza ehtiyac var. İndi biz bacarığımızın sadəcə 30 faizindən istifadə edirik. Bu göstəricini yüksəltmək lazımdı.

- Növbəti rəqib Norveç “Tromse”sidi. Bu oyunlardan nə gözləyirsiz?
- Sanballı komandadı. Evdə daha yaxşı oynayırlar. Baxmayaraq ki, Sloveniya “Celje”sinə evdə uduzub, səfərdə qalib gəldilər. Biz bu komandanı çox yaxşı analiz etməliyik. Avropa Liqası ilə erkən vidalaşmaq fikrimiz yoxdu.

- Sizcə, bu cütün favoriti hansı komandadı?
- “Tromse” “Mariehamn”la müqayisədə güclü komandadı. Amma məncə “İnter”lə “Tromse”ni müqayisə etsək, favorit yoxdu. Bərabər güclü komandalardı. Kim daha yaxşı hazırlaşsa, o komanda qalib gələcək. Hər şey bizim necə oyun sərgiləməyimizdən asılıdı.

- “İnter”in “Tromse”ni keçməsi üçün nə lazımdı?
- Komandamız tədricən forma toplayır. Yeni futbolçularımız da oyun üslubumuza alışmaqdadılar. Komandadakı inkişafı elə “Mariehamn”la ikinci oyun da göstərdi. Çünki Finlandiyada çox inamlı oynadıq. Bu tempdə davam etməyimiz lazımdı.

- “İnter”i Norveçdə hansı nəticə qane edəcək?
- Müdafiədə diqqətli olmağımız lazım gələcək. Qol vurmaq pis olmazdı. Bunu bacarsaq, ev oyununda daha inamlı çıxış edə bilərik.