13 iyul 2013 16:25
İnter braziliyalı müdafiəçi aldı (FOTO)
Avropa Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanan “İnter” heyətinə daha bir futbolçu qatıb. Azerisport.az xəbər verir ki, Bakı klubu braziliyalı a mərkəz müdafiəçisi Joao Paulonu transfer edib.
1+1 illik müqavilə imzalanan futbolçunun adı artıq UEFA-ya təqdim olunan sifariş ərizəsinə də salınıb.
Qeyd edək ki, tam adı Joao Paulo de Souza Dantaş olan futbolçunun son iş yeri Braziliyanın “Braqantino” klubu olub. O, B Seriyası təmsilçisinin heyətində bu il 4 oyuna çıxaraq 191 dəqiqə oynayıb. Paulo əvvəllər Braziliyanın “San Andre”, “İpitanqa” və Portuqaliyanın “Freamunde” klublarında çıxış edib.
