14 iyul 2013 10:56
Xəzər Lənkərandan ilk yoxlama matçında sülh
Gürcüstanda yeni mövsümə hazırlıq məqsədilə təlim-məşq toplanışı keçirən "Xəzər Lənkəran"ın əvəzedici komandası bu gün ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, yerli "Adeli" (Batumi) klubunun əvəzedicilərinə qarşı keçirilən matçda qollu heç-heçə qeydə alınıb.
Oyunda hesabı Lənkəran təmsilçisi açıb. Cavid Bağırov 65-ci dəqiqədə "Xəzər Lənkəran"ı hesabda irəli çıxarıb. Yalnız oyunun 89-cü dəqiqəsində "Xəzər Lənkəran"ın qapısına yol tapan "Adeli" oyunda yekun nəticəni müəyyən edib - 1:1.
