14 iyul 2013 11:01

Qəbələ Antalyaspora qarşı (FOTOREPORTAJ)

Xəbər verdiyimiz kimi, "Qəbələ" Türkiyədə 4-cü - son yoxlama oyununu keçirməklə Sparta toplanışına yekun vurub. Azerisport.az xəbər verir ki, daha öncə "Metallurg" (Zaparojye, Ukrayna, 1:1), "Trabzonspor" (0:2) və "Spartaspor"la (7:0) qarşılaşan "qırmızı-qaralar" son matçda "Antalyaspor"la münasibətlərini aydınlaşdırıb. "Qəbələ" Türkiyə təmsilçisinə qarşı aşağıdakı heyətlə mübarizə aparıb:
 
David Petrkeviç, Ürfan Abbasov (Sadiq Quliyev), Omar Kalabane, Vladimir Levin (Deyan Kelhar), Rail Məlikov, İbrahima Niasse, Lorenzo Ebesilio (Viktor Mendi), Nuran Qurbanov (Nizami Hacıyev), Dodo (Assis), Daniel Subotiç (Leonardo), Yannik Kamanan (Abdulvahid Afolabi).
 
Matçın startı tərəflərin kəşfiyyat xarakterli hücumları ilə yadda qalıb. Qarşılaşmanın ilk 20 dəqiqəsində komandalar təhlükəli epizod yaratmaqda çətinlik çəksələr də, 23-cü dəqiqədə hesab açılıb. Zeki Yıldırım "Antalyaspor"u önə çıxarıb. Qoldan sonra fəallaşan Yuri Syominin yetirmələri 32-ci dəqiqədə cavab qolunu vurmağa müvəffəq olublar. Lorenzo Ebesilio dəqiq və qüvvətli zərbə ilə qapıçıya şans verməyib - 1:1. 
 
İkinci hissəyə fərqli heyətlə çıxan Türkiyə təmsilçisi 51-ci dəqiqədə yenidən hesabı öz xeyrinə dəyişib. Tita fərqlənib - 1:2. Ruhdan düşməyən "Qəbələ" cəmi 9 dəqiqə sonra yenidən rəqib qapısına yol tapıb. Ebesilio gözəl zərbə ilə dublunu rəsmiləşdirib - 2:2. Bu matçda qeydə alınan son qol olub və "Qəbələ" Türkiyədə keçirdiyi son yoxlama oyunundan sülhlə ayrılıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.