14 iyul 2013 11:12
Xəzər Lənkəranın Maccabi ilə səfər matçı canlı yayımlanacaq
"Xəzər Lənkəran"ın UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Maccabi" (Hayfa) ilə keçirəcəyi ilk oyun ölkəmizdə canlı yayımlanacaq. Azerisport.az rəsmi saytına istinadən xəbər verir ki, hazırda İsraildə olan klubun nümayəndələrinin yayımın baş tutması üçün apardıqları danışıqlar uğurla başa çatıb.
Lakin hələlik oyunu canlı yayımlayacaq telekanalın adı müəyyənləşməyib. Çox güman ki, bu, ya “İdman Azərbaycan”, ya da Az.TV olacaq.
Qeyd edək ki, "Maccabi" - "Xəzər Lənkəran" oyunu iyulun 18-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
