14 iyul 2013 11:45
Xəzər Lənkəran İsrailə bu gün gedir
“Xəzər Lənkəran” bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda iştirak etmək məqsədilə səfərə yollanacaq. Azerisport.az xəbər verir ki, “Maccabi” (Hayfa) ilə qarşılaşacaq “ağ-yaşıllar”ın vacib görüşə hazırlığını təmin etmək məqsədilə İsrailə uçuşun bu gün həyata keçirilməsi planlaşdırılır.
Bakı vaxtı ilə saat 19:00-da Bakı-Tel Əviv reysi ilə yola düşəcək Lənkəran təmsilçisi yerli vaxtla saat 20:30-da İsrail paytaxtında olacaq. Bundan sonra komanda avtobusla matçın keçiriləcəyi Hayfa şəhərinə yollanaraq və “Dan Panorama” otelində məskunlaşacaq.
Qarşılaşmadan öncə keçiriləcək məşqdən əlavə Con Toşakın rəhbərlik etdiyi heyətin daha üç məşq keçirməsi nəzərdə tutulur. Məşqlərin 15 iyul yerli vaxtla saat 10:00-da, həmçinin 16 iyul saat 10:00 və 18:00-da baş tutması planlaşdırılır.
