14 iyul 2013 11:34

“Skenderbeunu Neftçi ilə müqayisə etməyə dəyməz”

Albaniyanın “Skenderbeu” klubunun sabiq baş məşqçisi Şpetim Duro bu komandanın Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Neftçi” ilə oyunlardakı şansları barədə danışıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata müsahibəsində bunları dilə gətirib:

“Mən “Neftçi”ni tanıyıram. İki il öncə “Skenderbeu”ya rəhbərlik edərkən onlarla yoldaşlıq oyunu keçirmişdik. Avstriyada baş tutan həmin hazırlıq matçı 1:1 hesabıyla yekunlaşmışdı. Onlar qolu penaltidən, biz isə Muzakanın sayəsində oyun epizodundan vurduq. Bildiyim qədərilə, həmin heyət 70-80 faiz qalmaqdadı”.
 
Albaniyalı mütəxəssisin fikrincə, bu iki komandanı müqayisə etməyə dəyməz: “Neftçi”nin büdcəsini götürsək, “Skenderbeu”nu bu komanda ilə ümumiyyətlə müqayisə etməyə dəyməz. Azərbaycanlıların heyətində 1-2 milyon avro dəyərində futbolçular var. Təbii ki, kağız üzərində favorit məhz “Neftçi”di”.
 
O, keçmiş komandasının növbəti mərhələyə adlamaq şanslarından danışarkən bunları qeyd edib: “Əlbəttə, “Skenderbeu”ya çox çətin olacaq. Amma mən ilk oyunun çox vacib əhəmiyyət kəsb etdiyini düşünürəm. Mümkündü ki, ilk oyundan sonra hansı komandanın növbəti mərhələyə vəsiqə qazanacağını söyləmək çətin olsun. Əgər komandamız Azərbaycanda keçiriləcək ilk oyunda sərfəli nəticə qazana bilsə, mərhələ adlamaq şansı əldə edəcək. Baxmayaraq ki, ev oyununda nələr baş verəcəyini də güman etmək çətindi”.
 
Duro “Skenderbeu”nun hazırkı heyəti barədə də danışıb: “Əminliklə söyləmək olar ki, indiki heyət son üç ildə ən güclü kollektivdi. Müdafiə və mərkəz xətti xüsusi dəyişikliyə məruz qalmayıb. Amma hücum xətti gücləndirilib. Komandanın hücum xəttində çoxlu variantlar var. Bu, Albaniya çempionu üçün çox müsbət məqamdı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.