14 iyul 2013 23:55
Abışov oynamadı, Rubin mövsümə heç-heçə ilə başladı (YENİLƏNİB)
Bu gün futbol üzrə Rusiya Premyer Liqasında 2013/14 mövsümünə start verilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” də ilk oyununa çıxıb.
Kazan təmsilçisi yeni mövsümə Krasnodarda start verib. Həmyerlimizin komandası “Kuban”ın qonağı olub. Qarşılaşmada hesabı məhz "Rubin" açıb. Amma azlıqda olan tatarlar sonda üstünlüyü əldən veriblər və mövsümə heç-heçə ilə başlayıblar.
Baş məşqçi Kurban Berdıyev yığmamızın üzvünü ilk 18-liyə daxil edib. Ruslan sonadək ehtiyatda qalıb.
Rusiya Premyer Liqası
1-ci tur
Kuban - Rubin 0:1
Qol: Yeryomenko, 71.
