15 iyul 2013 00:06
Neftçinin Skenderbeu ilə oyununa 3000 bilet satılıb
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Skenderbeu” (Albaniya) matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, artıq qarşılaşmaya 3000-dən çox bilet satılıb.
Lakin oyun saatına qədər bu göstəricinin daha da artması istisna deyil.
Qeyd edək ki, “Neftçi” – “Skenderbeu” matçı iyulun 17-də Bakıda, “Bakcell Arena”da keçiriləcək. Stadionun tutumu 11 min olduğundan, istisna deyil ki, komandamızın ev oyununda anşlaq olsun.
Sonda onu da xatırladaq ki, 2-20 manat qiymətində olan biletləri sözügedən arenanın kassalarından, eləcə də “28 Mall” və “MetroPark”dan əldə etmək olar.
