14 iyul 2013 12:06
Yığmamızın üzvü üçün gündə üç məşq (FOTO)
Türkiyənin “Eskişehirspor” klubu növbəti mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, təlim-məşq toplanışında Azərbaycan millisinin müdafiəçisi Ufuk Budaq da yaxından iştirak edir.
Əskişəhər klubu ötən gün üç məşqə çıxıb. Baş məşqçi Ertoğrul Sağlam səhər və axşam toplu və topsuz çalışmalara üstünlük veribsə, günorta saatlarında futbolçular fitness salonunda çalışıblar.
