15 iyul 2013 00:11
“Skenderbeu Bakıda qol vura bilsə...”
Futbol üzrə Albaniya yığmasının və Almaniyanın “Hannover” klubunun sabiq futbolçusu Altin Lala UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” ilə “Skenderbeu” arasındakı oyunlar öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, yerli mətbuata açıqlamasında bunları dilə gətirib:
“Skenderbeu”ya çox çətin olacaq. Azərbaycan çempionatı bizimkindən daha yaxşıdı. Çünki onların klublarında daha çox pul var. Amma “Skenderbeu” səfərdə qol vurmağı bacarsa, şansı yüksələcək. Hətta Bakıdan məğlub dönsə də, evdə nəyəsə nail ola bilər. Səfər qolu komandamızın işini çox yüngülləşdirə bilər”.