14 iyul 2013 12:27

Xəzər Lənkəran İsrailə buraxılmaya bilər

Xəbər verdiyimiz kimi, “Xəzər Lənkəran” bu gün UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin İsrail “Maccabi”si (Hayfa) ilə ilk oyununda iştirak etmək məqsədilə səfərə yollanacaq. Azerisport.az xəbər verir ki, “ağ-yaşıllar” vacib görüşə daha yaxşı hazırlaşmaq üçün İsrailə məhz indi getməyə qərar verib.

Komanda Bakı vaxtı ilə saat 19:00-da Bakı-Təl Əviv reysi ilə yola düşəcək. Lənkəran təmsilçisi yerli vaxtla saat 20:30-da İsrail paytaxtında olmalıdı. Bundan sonra komanda avtobusla matçın keçiriləcəyi Hayfa şəhərinə yollanaraq və “Dan Panorama” otelində məskunlaşacaq.
 
Lakin “Xəzər Lənkəran” İsraildə problemlə üzləşə bilər. Məsələ burasındadı ki, komandamızın üzvlərinə viza verilməsində problemlər yaranıb. Buna İsraildəki tətillər səbəb göstərilir. Artıq klub rəhbərliyi problemin yoluna qoyulması üçün İsrail Futbol Federasiyasına müraciət edib. İFF isə öz növbəsində ölkənin Daxili İşlər Nazirliyi ilə əlaqə yaradıb. Problemin həlli üçün bütün aidiyyatı orqanlarla danışıqlar davam etdirilir.
 
Qeyd edək ki, İsrailin Bakıda səfirliyi olsa da, bu ölkənin Xarici İşlər Nazirliyi onlara viza verilməsi xidmətini qadağan edib. Rusiya, Ukrayna, Belarus və daha bir neçə ölkədəki İsrail səfirlikləri də viza vermək hüququndan məhrumdu. “Xəzər Lənkəran”ın da belə bir problemlə üzləşməsi məhz ölkəmizdəki İsrail səfirliyinin bu xidmətdən boyun qaçırması göstərilir. Daha bir versiya isə İsrail səfirliyinin işçilərinin də hazırda istirahətdə olmasıdı.
 
Maraq üçün bildirək ki, qarşılaşmadan öncə keçiriləcək məşqdən əlavə Con Toşakın rəhbərlik etdiyi heyətin İsraildə daha üç məşq keçirməsi nəzərdə tutulur. Məşqlərin 15 iyul yerli vaxtla saat 10:00-da, həmçinin 16 iyul saat 10:00 və 18:00-da baş tutması planlaşdırılır. Lakin viza problemi vaxtında yoluna qoyulmasa, mümkündü ki, “ağ-yaşıllar”ın planları da pozulsun.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.