15 iyul 2013 00:52
Rumın futbolçu Azərbaycan klubundan imtina etdi
Rumıniyalı yarımmüdafiəçi Emil Dika karyerasını Azərbaycanda davam etdirə bilərmiş. Azerisport.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Dika klublarımızın birindən çox sərfəli təklif alıbmış. Klubun adı açıqlanmır. Lakin Buxarest “Rapid”i onu komandada saxlamağı bacarıb.
Futbolçu özü də ölkəmizdən təklif aldığını təsdiqləyib: “Mən ailəmi Azərbaycana apara bilməyəcəkdim. Belədə orda tənha qalacaqdım. Buna görə də “Rapid”də qalmağa qərar verdim. Çünki karyeramı Rumıniyada davam etdirməyi çox istəyirdim”.
