15 iyul 2013 01:26
Qarabağın rəqibi yeni transfer etdiyi futbolçuları təqdim etdi
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Polşanın “Piast” klubu yeni transferlərini azarkeşlərə təqdim edib. Azerisport.az xəbər verir ki, Qlivitse təmsilçisi bu yay yeddi transfer həyata keçirib.
Bunlar Çaba Horvat, Kşiştof Krol, Patrik Dıtko, Lukaş Hanzel, Pavel Lisovski, Kamil Vlçek və Karles Martinesdi.
Qeyd edək ki, bu futbolçuların adları “Qarabağ”la oyun üçün iştirak ərizəsinə salınıb. Bu komandalar arasındakı ilk oyun iyulun 18-də Bakıda keçiriləcək.
