14 iyul 2013 12:59
Fransa dünya çempionu oldu
Türkiyədə keçirilən 20 yaşadək futbolçular arasında dünya çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, İstanbulda baş tutan həlledici qarşılaşmada Fransa və Uruqvay komandaları üz-üzə gəlib.
Oyunun əsas və əlavə vaxtı 0:0 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında qalib gələn (4:1) fransalılar dünya çempionu adını qazanıblar.
