14 iyul 2013 14:31
Azərbaycan klubları bir-birinə rəqib oldu
Gürcüstanın Batumi şəhərində təşkil olunan çimərlik futbolu üzrə beynəlxalq “Ajaria Gold Cup” turniri davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə iki klub təmsil edir.
Bunlar “Bakı” və “Azçiken” komandalarıdı. Təmsilçilərimiz növbəti oyunlarını keçiriblər.
“Azçiken” Ukraynanın “Ternopol” klubuna 4:2 hesabıyla qalib gəlib. “Bakı” isə İtaliyanın “Udinese” klubunu 9:7 hesabıyla mıəğlub edib.
Beləliklə, turnirin 5-ci yer uğrunda oyununda iki Azərbaycan klubu üz-üzə gələcək.
Beləliklə, turnirin 5-ci yer uğrunda oyununda iki Azərbaycan klubu üz-üzə gələcək.
